PharmEd

pharmed

5- Flüorurasil ebeve

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

 

  _____________ E.M.Ağaye

 

  “ 27 ” noyabr 2020-ci il

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

5- FLÜОRURАSİL ЕBЕVЕ® infuziyа məhlulu hаzırlаmаq üçün kоnsеntrаt

5–FLUOROURACIL EBEWE®

Bеynəlхаlq pаtеntləşdirilməmiş аdı: 5 Flüorurаsil ( fluorouracil)

Tərkibi

Təsiredici maddə: 1 ml konsentrantın tərkibində 50 mq 5- flüorurasil vardır.

Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.

 

Təsviri

Şəffaf , rəngsiz və ya sarımtıl rəngdə, yad hissəciklərdən azad məhluldur.

 

Farmakoterapevtik qrupu

Şişəleyhinə vasitələr, antimetabolitlər, pirimidin analoqu.

ATC kodu: L01BC02

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

 5-Flüorurasil antimetabolitdir və pirimidinin analoqu olub, hüceyrələrin bölünməsini inhibə edərək, DNT sintezinin qarşısını alır. 5-Flüorurasil ilk şəklində şişəleyhinə altivliyə malik deyil; o, orqanizmdə şəxsi aktivliyini 5-Flüorurasilin fosforlləşdirici formalarına (5-fluoruridin və 5- ftordezoksiuridin) fermentativ çevrilməsindən sonra əldə edir.

 

Farmakokinetikası

Venadaxili yeridilməsindən sonra 5-Flüorurasil bütün orqanizmdə paylanır və əsasən sümük iliyində, bağırsaqların və şiş toxumanın selikli qişasında aşkar edilir. 5-Flüorurasil hematoensefalik baryeri keçir. Flüorurasil daha aşağı toksikliyə malik dihidro -5-flüorurasilə qədər dihidropirimidindehidrogenaza ( DPD) fermenti vasitəsi ilə katabolizm olunur.

 

Dihidropirimidinaza pirimidin halqasını parçalayır, bunun nəticəsində 5- flüor-ureidopropion turşusu ( FUPT) əmələ gəlir. Sonda, β- ureidopropionaza FUPT -ni α- flüor- β- alaninə ( FBAL) qədər parçalayır,hansı ki sidiklə xaric olunur. DPD- nin aktivliyi katabolizm reaksiyalarının sürətini məhdudlaşdıran amildir.

 

DPD defisiti flüorurasilin yüksək toksikliyinə gətirib çıxara bilər. Paylanma həcmi 0,12 l/kq bədən çəkisinə ( venadaxili 15 mq\kq bədən çəkisinə yerdilmiş dozadan sonra) təşkil edir. 5-Flüorurasil qaraciyərdə urasil-in metabolizminə oxşar metabolizmə uğrayır. Fermentlərin təsiri altında 5-Flüorurasil aktiv metabolitə tez çevrilir – dihidro-5-Flüorurasil, hansının yarımxaricolma dövrü 5-Flüorurasilin yarımxaricolunma dövründən üstündür.

 

Bundan əlavə parçalanmanın qeyri-toksik maddələri də əmələ gəlir: sidik cövhəri və karbon 4- oksid. Flüorurasilin alfa fazada yarımxaricolma dövrü 8-22 dəqiqə təşkil edir ,beta fazada isə təqribən 20 saata çatır dozadan asılı olaraq. Xaricolma əsasən ağciyərlər vasitəsilə karbon 4-oksid şəklində baş verir. Dəyişilməmiş şəkildə az dərəcədə böyrəklərlə xaric olunur. Böyrək klirensi təxminən 170-180 ml/dəq təşkil edir. Böyrəklərin zəif funksiyası olan xəstələrdə maddə ləng xaric edilir.

 

Onurğa beyin mayesində maksimal konsentrasiyasına 1.5- 2 saat sonra çatır və plazmada olan konsentrasiyanın 50% təşkil edir. Xüsusi klinik hallarda kinetikası: baxmayaraq ki, dərman vasitəsinin az hissəsi böyrəklər vasitəsi ilə xaricolunmasına ( təxminən 15%), azotemiyada sümük iliyinin zədələnməsi ( böyrək çatışmazlığı nəticəsində) və trombositlərə potensial təsir səbəbindən böyrək çatışmazlığının dərəcəsindən və konkret xəstənin reaksiyasından asılı olaraq dozanın lazımi korreksiyası göstərilir. Qaraciyər çatışmazlığı zamanı da dozanın korreksiyasına baxılmalıdır.

 

 

İstifаdəsinə göstərişlər

Adyuvant və palliativ terapiya

yоğun və düz bаğırsаğın yayılmış xərçəngi,

mədənin yayılmış хərçəngi,

mədəаltı vəzinin yayılmış хərçəngi,

süd vəzinin yayılmış və (və ya) metastatik xərçəngi,

bаş və bоyunun yayılmış bədxassəli şişləri,

uşaqlıq boynunun yayılmış xərçəngi.

Bu dərman vasitəsi böyüklərdə istifadə olunur.

 

Əks göstərişlər

5-Fluorurasilə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;

mielosupressiya;

qan analizinin göstəricilərinin normadan ciddi kənaraçıxması;

qanaxma;

ağır böyrək və (və ya) qaraciyər disfunksiyası;

kəskin, ağır infeksiyalar (kəmərləyici dəmrov, su çiçəyi kimi infeksiyalar);

stomatit;

ağız boşluğu və mədə-bağırsaq traktının

xoralanması;

psevdomembranoz enterokolit;

ümumi vəziyyətin ağır olması;

hamiləlik və laktasiya dövrü.

məlum dihidropirimidin dehidrogenaza (DPD) aktivliyi tamamilə olmayan pasiyentlər.

yaxın zamanda və ya yanaşı brivudin ilə müalicə ( bax bölmə “ Xüsusi göstərişlər və ehtiyat

tədbirləri”).

Brivudin 5-Flüorurasil-ı parçalayan dihidropirimidindehidrogenaza (DPD) fermentin güclü

inhibitorudur.

DPD çatışmazlığı olan xəstələrdə Flüorurasil-in adi dozaları əlavə effektlərin güclənməsinə

səbəb olur. Ciddi arzuolunmaz effektlər əmələ gəldiyi halda DPD aktivliyinin monitorinqi

göstərilə bilər. DPD çatışmazlığı olan xəstələri müalicə etdikdə Flüorurasil istifadə etmək olmaz.

Flüorurasil ilə müalicə zamanı canlı vaksinlərlə peyvənd keçirilməməlidir. Poliomiyelit vaksin

ilə kontakt tam istisna olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda göstərilən məlumatlar həmçinin yaxın vaxtlarda istifadə olunan dərman vasitələrinə də

aiddir.

Klinik cəhətdən əhəmiyyətli olan brivudin və ftorpirimidinlər ilə ( məsələn, kapesitabin,

flüorurasil, teqafur ) , brivudin ilə DPD fermentinin inhibə olunması ilə qarşılıqlı əlaqə

reaksiyaları təsvir olunmuşdur. Bu qarşılıqlı əlaqə reaksiyası ftorpirimidinlərin yüksək

toksikliyinə gətirib çıxara bilər və ölümcül təhlükəli ola bilər. Buna görə brivudinin flüorurasil

ilə yanaşı istifadəsi qadağandır. ( bax “ Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat

tədbirləri”).Brivudin ilə müalicə başa çatdıqdan sonra flüorurasil ilə müalicəyə başalamazdan

əvvəl 4 həftədən az olmayaraq vaxt keçməlidir. Flüorurasilin sonuncu dozasından sonra

brivudini 24 saat sonra istifadə etmək olar. Lazım olduqda flüorurasil ilə müalicəyə başlamadan

öncə DPD fermentinin aktivliyinin təyin olması göstərişdir.

Xəstənin fiziki vəziyyətinə və sümük iliyinə mənfi təsir göstərən bütün müalicə tədbirləri

(məsələn, digər sitostatiklərin istifadəsi) flüorurasilin toksikliyini artıra bilərlər.

Flüorurasil şüa terapiyasının dəri toksikliyini artıra bilər.

Kalsium folinat Flüorurasilin effektlərini gücləndirir. Bu qarşılıqlı təsirin nəticəsində ciddi, bəzi

hallarda isə ölümə gətirən diareya əmələ gələ bilər, xüsusən Flüorurasil-i 600mq/m2

bədən sahəsinə dozada kalsium folinat ilə birlikdə həftədə 1 dəfə venadaxili kalsium folinat ilə bolüs

yeritmə zamanı.

 

Flüorurasil ilə birlikdə fenitoini istifadə etdikdə fenitoinlə intoksikasiya simptomların əmələ

gəlməsinə gətirən plazmada fenitoinin səviyyələri yüksələ bilər, hansı ki fenitoin ilə

intoksikasiyaya gətirib çıxara bilər. Plazmada fenitoninin səviyyələrinin müntəzam təyini

vacibdir.

 

Simetidin, metronidazol, allopurinol və interferonlar plazmada

Flüorurasil-in səviyyəsini və toksikliyini artıra bilər.

Siklofosfamid, metotreksat və ya Flüorurasil ilə birlikdə tiazid diuretikləri qəbul edən qadınlarda

qranulositlərin sayının nəzərə çarpan azalması mümkündür, nəinki buna oxşar sikllərin

sitostatiksiz və tiazidsiz qəbul edən xəstələrdə.

Flüourasil ilə varfarinin yanaşı tətbiqi protrombin vaxtının uzanmasına gətirib çıxara bilər; bu

parametrə ciddi şəkildə nəzarət etmək lazımdır.

Tək-tək hallarda varfarin alan xəstələrdə eyni zaman ayrıca Flüorurasil-i və ya( Flüorurasil-i

levamizol ilə kombinasiya şəklində) istifadə etdikdə protrombin indeksin azalması müşahidə

olunmuşdur.

 

Flüorurasili levamizol ilə kombinasiya şəklində istifadə etdikdə hepatotoksik effektlər tez-tez

müşahidə olunur (qələvi fosfatazanın, transaminaza və ya bilirubin səviyyələrinin yüksəlməsi).

Siklofosfamid, metotreksat, Flüorurasil və ya tamoksifen ilə kombinasiya olunmuş müalicə alan

süd vəzisi karsinoması ilə xəstələrdə tromboembolik ağırlaşmaların əmələ gəlməsi riski artır.

Vinorelbini və Flüorurasil/foliniy turşusunu eyni zaman istifadə etdikdə letal nəticəli ağır

mukozit əmələ gələ bilər.

 

Sidikdə bilirubin və 5-hidroksiindolsirkə turşusunun kəmiyyət təyin etmə üsulları ilə

səviyyələrini müəyyən etdikdə artmış və ya yalnış-müsbət nəticələr mümkündür.

Flüorurasili aminofenazon, fenilbutazon və sulfonamid ilə birlikdə və ya onlardan sonra istifadə

etmək olmaz.

 

Xlordiazepoksid, disulfiram, qrizeofulvin və izoniazid flüorurasilin aktivliyini artıra bilərlər.

Miitomisin ilə üzun müddət flüorurasili kombinasiyada istifadə etdikdə hemolitik-uremik

sindromun yaranması müşahidə olunmuşdur.

Kimya terapiyasının keçirilməsi üçün flüorurasilin digər dərman vasitələri ilə kombinasiyada

istifadə etdikdə ( mitomisin C və ya sisplatin ilə) çox nadir hallarda işemik insult haqqında

qeydlər olmuşdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Flüorurasil mutaqen və teratoqen ola bilər, buna görə onu hamiləlik zamanı istifadə etmək

olmaz. Reproduktiv yaşda olan qadınlar mülaicə zamanı və ya onun bitməsindən sonra 6 ay

müddətində etibarlı kontrasepsiya üsullarından istifadə etmək lazımdır.

Əgər müalicə zamanı hamiləlik baş verərsə, qenetikin məsləhətinin apaprılması tələb olunur.

Laktasiya dövrü

Flüorurasilin ana südünə nüfuz etməsi haqqında məlumatın olmaması səbəbindən , laktasiya

dövründə onun istifadə etmək olmaz. Əgər dərman vasitəsinin istifadəsi mütləq lazımdırsa, ana

südü ilə qidalandırma dayandırılmalıdır.

Fertillik

Flüorurasil genotoksik təsir göstərə bilər. Buna görə Flüorurasil qəbul edən kişi xəstələrə

müalicə zamanı və müalicə bitdikdən sonra 6 ay ərzində etibarlı konservasiya üsullarından

istifadə etmək lazımdır. Flüorurasil ilə müalicə nəticəsində ciddi spermatogenez pozulması

mümkünlüyünə görə xəstələrə müalicədən əvvəl spermanın konservasiyası üzrə məsləhətlər

tövsiyə edilir.

 

Nəqliyyat vasitələrini və digər potensial tıhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə

təsiri

Ürəkbulanma və qusma , sinir sistemi tərəfindən arzuolunmaz təsirlər və görmənin pozulması

mümkündür. Bu səbəbdən Flüorurasil ilə müalicə zamanı xəstələrə nəqliyyat vasitəsi və digər

mexanizmləri idarə etməsindən çəkinmək tövsiyə edilir.

 

 

İstifadə qaydası və dozası

Müalicə kimyaterapiyanın aparılmasında təcrübəli olan həkim nəzarəti altında aparılmalıdır.

Başlanğıc mərhələsində xəstənin hospitalizasiya olunması nəzərdən keçirilməlidir.

-Flüorurasil Ebeve mono- və ya kombinəolunmuş terapiyada istifadə olunur. Dozalanma rejimi

və istifadə qaydası əhəmiyyətli dərəcədə fərqlənə bildiyi üçün, aşağıdakı tövsiyələr yalnız

tanışlıq xarakteri daşıyır. Dəqiq dozanın seçilməsində konkret xəstəliyin müalicəsində öz

effektivliyini sübut etmiş terapevtik protokollara əsaslanmaq lazımdır.

Gündəlik istifadəsi zamanı başlanğıc terapiya

Venadaxili infuziya: gündəlik doza 15 mq/kq bədən kütləsi (600 mq/m2) əlavə təsirlər yaranana

qədər 4 saat ərzində yeridirlər.

Venadaxili inyeksiya: doza 12 mq/kq bədən kütləsi (480 mq/m2) yavaş venadaxili inyeksiya yolu

ilə (2-3 dəqiqə) hər gün 3 gün ərzində; toksiklik əlamətləri olmadıqda 6 mq/kq bədən kütləsi

(240 mq/m2) 5, 7 və 9-cu günlər yeridilməsi mümkündür.

Həftəlik istifadəsi zamanı başlanğıc terapiya: 15 mq/kq (600 mq/m2) yavaş-yavaş venadaxili

həftədə bir dəfə yeridirlər.

Dəstəkləyici terapiya: remissiya əldə olunduqdan sonra və ya əlavə təsirlərin aradan

qaldırılmasından sonra və leykositlərin sayının 3000-dən 4000/mkl-ə qədər, trombositlərin

80000-dən 100000/mkl-ə qədər təkrar yüksəlməsindən sonra 5-10 mq/kq (200-400 mq/m2)

venadaxili həftədə bir dəfə yeridirlər. Maksimal gündəlik doza 1,0 q-dan artıq olmamalıdır.

Göstərilən dozalar xəstənin normal bədən kütləsi üçün hesablanmışdır. Piylənmə, ödem və ya

assit olduqda dozanı yenidən hesablamaq lazımdır.

Müalicənin müddəti xəstəliyin tipindən və xəstəliyin gedişatından asılıdır. Müalicə təcrübəli

mütəxəssis tərəfindən təyin olunur və müvafiq müalicə protokoluna görə hesablanır.

Flüorurasilin oxşar profilli əlavə təsirləri olan digər sitostatiklər ilə, və ya şua terapiyası ilə

kombinəolunmuş istifadəsi zamanı dozanı müvafiq olaraq azaltmaq lazımdır. Flüorurasil

həmçinin 24-saatlıq fasiləsiz infuziya yolu ilə yeridilə bilər.

 

Dozalanmaya aid xüsusi tövsiyələr

Aşağıdakı vəziyyətlərdən hər-hansı biri olduqda dozanı 1/3 və ya 1 /2 qədər azaltmaq məsləhət

görülür: kaxeksiya, keçirilmiş ciddi əməliyyat, mielosupressiya (leykositlər <4000/mkl,

trombositlər <100000/mkl), qaraciyər və ya böyrəklərin funksiyasının pozulması.

Böyrəklərin və qaraciyərin funksiyası pozulmuş xəstələr. Flüorurasil ehtiyatla istifadə

olunmalıdır və lazım olduqda doza azaldılmalıdır.

Yaşlı xəstələr (65 yaşdan yuxarı). Dozanın korreksiyası tələb olunmur, lakin belə xəstələrin

vəziyyətinin diqqətlə yoxlanılması məsləhət görülür.

 

İstifadə qaydası

Venadaxili istifadə üçün.

Preparat fizioloji natrium xlorid məhlulu və ya 5% qlükoza məhlulu ilə durulaşdırıldıqdan sonra

inyeksiya və ya infuziya yolu ilə venadaxili yeridilmə üçün istifadə olunur.

Dərman vasitəsinin damardan kənar düşməsindən qaçınmaq lazımdır.

 

Əlаvə təsirləri

Ən tez-tez rast gəlinən və ciddi əlavə təsirlər sümük iliyinə toksik təsirlər və mədə-bağırsaq

pozulmalarıdır.

Başvermə tezliyi aşağıdaki kimi müəyyən edilir: çox tez-tez (1/10); tez-tez ( 1/100 - < 1/10);

bəzən ( 1/1000 - <1/100); nadir ( 1/10 000 - <1/1000); çox nadir (<1/10 000); məlum deyil

(mövcud olan məlumatlara əsasən qiymətləndirmək mümkün olmur).

Qan və limfa sisteminə

Çox tez-tez: miyelosupressiya( leykopeniya, neytropeniya və trombositopeniya), anemiya

Tez-tez: febril neytropeniya

Çox nadir : aqranulositoz, pansitopeniya.

İnfeksion və parazitar xəstəliklər

Çox tez-tez : infeksiyalar

Tez-tez : infeksiyanın yüksək yaranması riski ilə immunosupressiya

Nadir: sepsis

İmmun sistemə

Nadir: anafilaktik şok, anafilaksiya, generalizə olunmuş allergik reaksiyalar.

Endokrin sistemə

Məlum deyil: zərdabda ümumi tiroksin (T4) və ümumi triyodtironin (T3) səviyyələrinin

artırılması, azad T4 və TTH artırılması və hipertireozun klinik əlamətləri olmadıqda ( klinik

olaraq - eutireoz)

Maddələr mübadiləsinə və qidalanmaya

Çox tez-tez: hiperurikemiya.

Psixiki pozulmalar

Çox tez-tez : huşun dolaşıqlığı

Sinir sisteminə

Bəzən: nistaqm, baş ağrısı, başgicəllənmə, parkinsonizm simptomları, piramid simptomlar,

eyforiya, yuxululuq.

Nadir: periferik neyropatiya (şüa terapiyası

ilə kombinasiyada).

Çox nadir: disqevziya, (leyko-) ensefalopatiya

ataksiya, kəskin beyincik sindromu , dizartriya,

huşun pozulması, oriyentasiyanın pozulması , miasteniya,

afaziya qıcolmalar və koma kimi simptomlar ilə .

Məlum deyil: hiperamoniemik ensefalopatiya.

Görmə orqanına

Bəzən: göz yaşının həddindən artıq axması, göz yaşı axacağının stenozu, qeyri-aydın görmə, göz

motorikasının pozulması, görmə sinirinin iltihabı, diplopiya, görmə qabiliyyətin itiliyinin

zəifləməsi, işıqdan qorxma, konyunktivit, blefarit, çapıqlarla törədilmiş ektropion, göz yaşı

vəzilərinin fibrozu.

Ürəyə

Çox tez-tez: işemiyaya xas olan EKQ-da dəyişikliklər.

Tez-tez: stenokardiya tipində döş qəfəsində ağrı.

Bəzən: aritmiya, miokard infarktı, miokard işemiyası, miokardit, ürək çatışmazlığı, dilatasion

kardiomiopatiya və kardiogen şok.

Çox nadir: ürəyin dayanması və qəflətən ölüm.

Məlum deyil : perikardit

Damarlara

Bəzən: arterial hipotenziya

Nadir: tromboflebit

Məlum deyil: serebral, bağırsaq və periferik işemiya, Reyno sindromu, tromboemboliya.

Tənəffüs sistemi, döş qəfəsi və divararalıq orqanların tərəfindən pozulmalar:

Çox tez-tez: bronxospazm, burun qanaxması.

Mədə-bağırsaq sisteminə

Çox tez-tez: selikli qişanın iltihabı (stomatit, faringit, ezofagit, proktit), anoreksiya, diareya (

sulu), ürəkbulanma və qusma kimi mədə-bağırsaq xəstəlikləri (ayrı -ayrı hallarda həyat üçün

potensial təhlükəli) ( bax “ Xüsusi göstərişlər və ehtiyat tədbirləri).

Bəzən: susuzlaşma, həmçinin mədə-bağırsaq traktında xoralar və qanaxmalar, nekroz

parçalarının qopması.

Qaraciyərə və ödçıxarıcı yollara

Bəzən: qaraciyər hüceyrələrinin zədələnməsi, qeyri-kalkulyoz xolesistit.

Çox nadir: qaraciyər nekrozu (bəzən letal nəticəli).

Dəriyə və dərialtı-piy toxumalara

Çox tez-tez: saçların tökülməsi,dizesteziya, qızartı,ağrı, ödem və əlin iç hissəsində və pəncə

altında dəridə kəpəklənmə ilə assosiasiyalaşan ovuc-pəncə eritrodizesteziya ( “ovuc-pəncə”

sindromu adlanan).

Bəzən: dermatit, dəridə dəyişikliklər (dəridə quruluq, eroziya/çatlar, eritema, qaşınma ilə

makulopapulyar səpgi), ekzantema, övrə və işığa qarşı həssaslıq, venalar keçdiyi nahiyələrdə

dərinin hiperpiqmentasiyası və köndələn-zolaqlı hiperpiqmentasiya və ya depiqmentasiya,

dırnaqların dəyişilməsi (məsələn, diffuz səthi göy pirmentasiya, hiperpiqmentasiya,

onixodistrofiya, dırnaq yerləşdiyi yerin yoğunlanması və ağrısı, paronixiya) və onixolizis.

Reproduktiv sistemı və süd vəzilərinə

Bəzən: spermatogenezin və ovulyasiyanın pozulmaları.

Ümumi pozğunluqlar və yeridilən nahiyədə baş verən pozulmalar

Çox tez-tez: yaraların gec sağalması, həddindən artıq arıqlama, ümumi asteniya, kəskin

yorğunluq və motivasiyanın zəifləməsi, qızdırma.

Ayrı-ayrı əlavə təsirlərin təsviri

Qan vəa limfa sisteminə

Mielosupressiyanın dozaməhdudlaşdıran əlavə təsirdir. ( bax “ Dozalanma və istifadə qaydası”

və “ Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).

Mielisupressiyanın ağırlıq dərəcəsi ( ABŞ-nin Milli Onkologiya institutunun yaratdığı toksikliyin

ümumi kriterilərinin Qiymətləndirmə şkalası üzrə I –dən IV-ə qədər) yeridilmə üsulundan (

venadaxili inyeksiya və ya fasiləsiz venadaxili infuziya) və dozalanma rejimindən asılıdır.

Neytropeniya lazımi dozada venadaxili bolüs inyeksiyanın hər müalicə siklindən sonra baş verir

(neytrofillərin səviyyəsinin maksimal azalması: müalicənin 9-cu günündən 14-20-ci gününədək;

adətən 30-cu gündən başlayaraq normallaşır).

Ürək tərəfindən pozulmalar

Kardiotoksik effektlər əsasən müalicənin birinci kursu zamanı və ya ondan bir neçə saat sonra

yaranır. Əvvəldən ürəyin işemik xəstəliyi və ya kardiomiopatiyası olan xəstələrdə kardiotoksiklik riskinin inkişafı

artmışdır.

Mədə-bağırsaq sisteminə

Mədə-bağırsaq trakt tərəfindən əlavə effektlərin dərəcəsi (Milli xərçəng tədqiqatlar institunun

(ABŞ) toksikliyin ümumi kriteriləri Qiymətləndirilmə şkalası üzrə I-IV dərəcəli) dozalanmadan

və yeridilmə üsulundan asılıdır. Fasiləsiz venadaxili infuziya yolu yeritmə zamanı stomatit

miyelosupressiyadan fərqli olaraq daha da nəzərə çarpalı dozaməhdudlaşdırıcı təsir göstərə

bilər.

Dəriyə və dərialtı-piy toxumasına

“Ovuc -pəncə” adlanan sindrom ovuc və pəncələrdə hissiyatın pozulması,qızartı, ödemf, ağrı və

əlin iç hissəində və pəncə altında dəridə kəpəklənmənin əlavə olunması ilə başlayır.

Fasiləsiz venadaxili infuziyadan sonra çox tez-tez baş verir, venadaxili bolüs inyeksiyadan sonra

isə - tez-tez.

 

Doza həddinin aşılması

İntoksikasiya simptomları

Doza həddinin aşılmasında aşağıdaki əlamətlər və simptomlar qeyd edilir: ürəkbulanma, qusma,

diareya, ağır mukozit, mədə-bağırsaq traktında xoralar və qanaxmalar, mielosupressiya

(trombositopeniya, leykopeniya, aqranulositoz).

Kəskin intoksikasiyaya psixotik reaksiyalar, yuxululuq, dərman vasitələrinin sedativ effektinin

artması, alkoqolun yaratdığı toksikliyin artması daxildir. Sedativ preparatın qəbuluna ehtiyac

yarandıqda həkim nəzarəti altında tənəffüs və qandövranı sistemlərinə nəzarət edərək diazepamı

kiçik dozalarda qəbul etmək olar (məsələn, 5 mq-dan başlayaraq).

Xroniki intoksikasiya üçün aqranulositoza və kritik trombositopeniyaya qədər mielosupressiya,

mədə-bağırsaq traktında xoralanma və qansızmalar, diareya, saçların tökülməsi xasdır.

İntoksikasiyanın müalicəsi

İntoksikasiya simptomlarının yaranması zamanı flüourasilin yeridilməsini dərhal dayandırırlar və

simptomatik müalicəyə başlayırlar.

Leykokonsentrat və trombokonsentrat infuziyaları, infeksiyalaırn profilaktikası yerinə yetirilir.

Dövr edən qan həcminin və mineral balansının bərpa olunması üçün gücləndirilmiş diurez

faydalı ola bilər.

Bir çox hallarda hemodializə ehtiyac olmur.

Gec hematoloji və mədə-bağırsaq fəsadlaşmalarının vaxtında aşkarlanması üçün ciddi nəzarət

tələb olunur.

İfadə olunmuş miyelosupressiya stasionarda müalicə olunmalıdır, hansına ( ehtiyac olduqda)

daxildir çatışmayan qan komponentlərinin bərpası və antibakterial terapiya. Xəstənin aseptik

palataya köçürülməsinə ehtiyac yarana bilər. Qanyaradıcı funksiyanı doza həddinin aşılmasından

sonra 4 hədtədən az olamayaraq nəzarət etmək lazımdır. Ürək tərəfindən əlavə təsirlərin

yaranmasına baxmayaraq flüorurasil ilə müalicəni davam etdirmək lazımdır, koronar

arteriayalaırn spazmının yaranmasının qarşısını almaq üçün vazodilatatorların təyini göstərişdir.

 

Buraxılış forması

Qoruyucu qapaq ilə bağlanmış, alüminium bağlamanın altında rezin tıxac ilə bağlı qəhvəyi

rəngdə (I sinif) şüşədən flakonlarda.

Qablaşdırma ölçüsü :

1 flakon x 250 mq/5ml; 500 mq/10ml ; 1000 mq/20ml ; 5000 mq/100ml içlik vərəqə ilə birlikdə

karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25 ºC-dən yüksək olmayan temperaturda, qaranlıq yerdə saxlamaq lazımdır.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Soyuducuda saxlamaq olmaz, dondurmaq olmaz!

Qeyd: aşağı temperaturun təsiri altında çöküntü yaranarsa məhlulu istifadə etmədən öncə tez-tez

çalxalamaqla 60º -yə qədər qızdırmaq lazımdır, daha sonra otaq temperaturuna qədər soyutmaq

lazımdır. Yalnız şəffaf, çöküntüsü olmayan məhluldan istifadə olunmalıdır.

Davranma və utilizasiya zamanı xüsusi ehtiyat tədbirləri

Flüorurasil ilə işlədikdə sitostatiklər üçün ümumi rəhbər prinsiplərə riayət etmək lazımdır.

Tam aseptik şəraitdə işin təmin olunması üçün bütün tədbirlər yerinə yetirilməlidir.

Qoruyucu əlcəklərlə, üz üçün maska və qoruyucu geyimdə və mümkün qədər bu məqsədlə

xüsusi nəzərdə tutulmuş laminar hava axarı ilə otaqda işləmək lazımdır. Dərman vasitəsinin dəri

və selikli qişalar ilə kontaktadan qaçınmaq lazımdır.

Əgər yenə də dəriyə (selikli qişalara) kontakt baş veribsə, yaxşıca sabunlu su ilə yumaq lazımdır.

Gözlərə düşdükdə onları bol miqdarda su ilə yumaq və təcili olaraq həkimə müraciət etmək

lazımdır. Hamilə işçilərə flüorurasil ilə işləmək

qadağandır.

İstifadə olunmamış preparat və ya tullantılar yerli tələblərə müvafiq şəkildə utilizasiya

olunmalıdır.

Yalnız birdəfəlik istifadə üçündür.

 

Yararlılıq müddəti

2 il.

Yаrаrlılıq müddəti bitdikdən sоnrа istifаdə еtmək оlmаz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

Ebeve Farma (Ebeve FarmaQes.m.b.H. Nfq.KQ)

Mondzeeştrasse 11, A-4866 Unterax, Avstriya.

 

Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman

aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur.

 

Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75

Winter Park Plaza business center, mərt.3.

 

Tel.: +994 12 599-83-89.

 +994 12 599-83-90.